...

Avropa Oyunları ilə bağlı Bakıda bir sıra yol layihələri başa çatdırılıb (VİDEO)

Cəmiyyət Materials 13 Fevral 2015 14:25 (UTC +04:00)
İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına uyğun olaraq artıq bir sıra layihələr başa çatdırılıb.
Avropa Oyunları ilə bağlı Bakıda bir sıra yol layihələri başa çatdırılıb (VİDEO)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlkin İzzət/

İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına uyğun olaraq artıq bir sıra layihələr başa çatdırılıb. Tədbirlər Planına əsasən paytaxt ərazisində bir çox layihələrin icrasına start verilmişdir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in əsas hədəfi ilk Avropa Oyunlarına ev sahibliyi edəcək paytaxt Bakı şəhərində nəzərdə tutulan marşrutlar üzrə yol şəbəkəsini daha da yaxşılaşdırmaq, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin etməkdir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bunların sırasında Ziya Bünyadov prospektinin yenidənqurulması, Tbilisi prospektininin təmiri, Zığ dairəsi - Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi, Zabrat-Maştağa-Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Qələbə meydanında, Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqlarının, Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar.

Hazırda Böyük Şor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti