...

Bakı metrosunda işləmək istəyənlər, tələsin (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2015 14:40 (UTC +04:00)
“Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətində kadr komissiyası işə başlayıb. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bakı metrosunda işləmək istəyənlər, tələsin (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində kadr komissiyası işə başlayıb. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Komissiya namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, karyera yüksəlişinə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilməsini təmin edir. Müsabiqə iki mərhələli olmaqla, test imtahanından və müsahibədən ibarətdir.

Fevralın 13-də komissiyanın ilk imtahanı keçirilib. İmtahanda vəzifə və peşə dəyişikliyi ilə bağlı Hərəkət Xidmətinin 28 nəfər əməkdaşı iştirak edib. Test imtahanından müvəffəqiyyətlə keçən işçilər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ilin yanvar ayında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində Kadr komissiyası yaradılıb. Cəmiyyətdə kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər namizədin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti