...

Ölkədə məişət zorakılığı zəminində 721 cinayət qeydə alınıb

Cəmiyyət Materials 17 Fevral 2015 13:38 (UTC +04:00)
2014-ci ildə ildə Azərbaycanda qeydə alınmış cinayət hadisələrindən 721-si məişət zorakılığı ilə bağlı olub.
Ölkədə məişət zorakılığı zəminində 721 cinayət qeydə alınıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

2014-cü ildə Azərbaycanda qeydə alınmış cinayət hadisələrindən 721-i məişət zorakılığı ilə bağlı olub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Onların 7,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfındən, 9,4 faizi sərxoş vəziyyətdə törədilib.

Məişət zorakılığı nəticəsində baş vermis cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 3,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 6,6 faizi isə digər cinayətlərdir.

Qeyd edək ki, 2014-cü ildə ölkədə ümumilikdə 24607 cinayət faktı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti