...

Emil Hüseynli: "Biz təşkilatı yaradarkən düşünürdük ki..." (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2015 14:12 (UTC +04:00)
Biz təşkilatı yaradarkən düşünürdük ki, bu gün müasir, qloballaşan dünyada gənclərimizin beynəlxalq siyasi, iqtisadi səhnədə öncül yer tutmaları olduqca vacibdir.
Emil Hüseynli: "Biz təşkilatı yaradarkən düşünürdük ki..." (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

"Biz təşkilatı yaradarkən düşünürdük ki, bu gün müasir, qloballaşan dünyada gənclərimizin beynəlxalq siyasi, iqtisadi səhnədə öncül yer tutmaları olduqca vacibdir". Trend-in məlumatına görə, bunu Milli.Az-a açıqlamasında yaranmasının birinci ildönümünü qeyd edən "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

E.Hüseynli qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı üç dövlət proqramının qəbul edilməsi bu gün Azərbaycan dövlətinin, hakimiyyətinin gənclər siyasəti üzrə uzunmüddətli strategiyaya malik olduğunun, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməkdə maraqlı olduğunun bariz nümunəsidir. Dövlətin təməl prinsipində intellektli gənc durursa, həmin dövlətin inkişafı, dünyaya inteqrasiyası daha sürətlə gedir".

QHT sədri ötən bir il ərzində təşkilatlanma işlərinin həyata keçirildiyini və bir sıra aksiyalar təşkil edildiyini bildirib: "Dövlət Bayrağı Günü Bakının bir neçə uşaq bağçasında bayraq aksiyası keçirdik. Genofondumuz olan uşaqlara bayrağımızın dəyərlərini aşıladıq. Bundan başqa, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinin anım günündə Ukraynanın Truskavets şəhərində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ilə birgə Heydər Əliyev guşəsinin yaradılması layihəsinə dəstək verdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların ikili siyasətinə etiraz olaraq bəyanatlar vermişik. Mətbuatda bununla bağlı açıqlamalarımız olub. Hazırda çox ciddi bir layihə üzərində işləyirik. Bunun detalları barədə danışmaq istəmirəm. Layihənin təqdimatı zamanı bunun şahidi olacaqsınız".

E.Hüseynli bildirib ki, təşkilatın məqsədi, amalı Azərbaycan dövlətinin inkişafı, intellektli gənclərin dünyaya inteqrasiyası, ölkəmizin milli maraqlarına zidd hərəkətlərin qarşısının alınmasıdır: ""Düşüncə" İB bu istiqamətdə düşüncələrini davam etdirəcək. Elə bir gənclər ordusu yetişməlidir ki, Azərbaycan dövləti o gənclərə etibar etsin".

Qeyd edək ki, "Düşüncə" İB 2014-cü il fevralın 19-da Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti