...

Hərbi Akademiyanın yaranmasının 16-cı ildönümü qeyd olunub

Cəmiyyət Materials 23 Fevral 2015 20:23 (UTC +04:00)
Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaranmasının 16-cı ildönümü və müəllifi Hərbi Akademiyasının Dövlət Müdafiəsini İdarəetmə akademik kursunun rəisi polkovnik Razi İsmayılov olan "Hərbi psixologiya və pedaqogika" adlı kitabın təqdimat mərasimi keçirilib.
Hərbi Akademiyanın yaranmasının 16-cı ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaranmasının 16-cı ildönümü və müəllifi Hərbi Akademiyasının Dövlət Müdafiəsini İdarəetmə akademik kursunun rəisi polkovnik Razi İsmayılov olan "Hərbi psixologiya və pedaqogika" adlı kitabın təqdimat mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə Silahlı Qüvvələrin ali və yüksək rütbəli zabit heyəti, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyevin ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasında, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olmasında hərbi pedaqogika və psixologiya fənlərinin əhəmiyyəti barədə ətraflı məruzəsi ilə davam edib.

Azərbaycan Respublikasının Prezidenti yanında "Bilik" fondunun direktoru Oqtay Səmədov, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və psixologiya elmləri doktoru Rəna Qədirova "Hərbi psixologiya və pedaqogika" adlı dərs vəsaitinə elmi nöqteyi-nəzərdən yanaşaraq dəyərli tövsiyə və təkliflərini veriblər.

Milli Məclisin deputatları Əli Hüseynli və Zahid Oruc orduda aparılan əhəmiyyətli islahatlardan danışaraq müharibə şəraitində olan ölkəmizin Silahlı Qüvvələri üçün qiymətli mənbə olacaq kitabın hazırlanmasının müasir dövrdə ordu quruculuğunda mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti