...

Bağçada qarğıdalı çubuqlarının içindən ölmüş siçanın çıxmasına rəsmi münasibət bildirildi

Cəmiyyət Materials 24 Fevral 2015 16:49 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı bağçaların bufetlərində satılan qarğıdalı çubuqlarının içindən ölmüş siçanın çıxması barədə yayılan məlumatlara münasibət bildirib.
Bağçada qarğıdalı çubuqlarının içindən ölmüş siçanın çıxmasına rəsmi münasibət bildirildi

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı bağçaların bufetlərində satılan qarğıdalı çubuqlarının içindən ölmüş siçanın çıxması barədə yayılan məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətinin tabeliyindəki bağçaları ərzaqla təmin edən Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Trend-ə bildirib ki, BŞİH-in tabeliyində olan bağçalarda belə bir halın baş verməsi mümkün deyil: "Çünki dövlət bağçalarının qıda rasionuna qarğıdalı daxil deyil. Bundan əlavə, dövlət bağçalarının bufeti yoxdur. Onların yalnız yeməkxanaları olur ki, orada da yeməklər bişirilir, satış isə təşkil edilmir".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda uşaq bağçalarının birinin bufetində satılan qarğıdalı çubuğunun içindən ölü siçan çıxması barədə məlumatlar yayılıb. Sosial şəbəkədə "Tıq-tıq xanım" adı altında satılan həmin qarğıdalının şəkli də paylaşılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti