...

Dəmiryolçular Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirdilər (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2015 16:27 (UTC +04:00)
Dəmiryolçular Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirdilər
Dəmiryolçular Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirdilər (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bu günlərdə ölkəmizdə, eləcə də dünyanın bir çox yerlərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Xaricdə yaşayan soydaşlarımız da nümayişlər keçirir, faciənin dəhşətlərini özündə əks etdirən videosüjetlər nümayiş etdirir, bəyanatlar yayırlar.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin foyesində keçirilən tədbir də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuşdur.

Anım tədbirini giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açaraq bildirdi ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilir. Həmişə olduğu kimi, polad magistralın əməkçiləri də anım mərasimlərinə qatılmışlar. İri dəmir yolu qovşaqlarında, ayrı-ayrı idarə və müəssisələrdə təşkil olunan mərasimlərdə Xocalı faciəsi zamanı həlak olanların, ümumilikdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılır, xeyrat süfrələri açılır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı olaylarından biri baş vermişdir. Həmin gecə erməni quldurları o vaxtkı rus imperiyasının 366-cı motoatıcı rus alayının birbaşa köməyi ilə Xocalıda soyqırım törətmişdilər. Xocalı faciəsi ilə bağlı verilən rəsmi məlumatlarda bildirilir ki, həmin gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülərək aparılmışdır. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, itirmiş, 487 nəfər yaralanmışdır.

C.Qurbanov çıxışına davam edərək bildirdi ki, son illər ərzində Xocalı soyqırımın dünyada tanıdılması istiqamətində bir sıra tədbirlər görülür. Bu istiqamətdə Heydər Əliyev Fondunun xətti ilə görülən işləri xüsusilə qiymətləndirmək lazımdır. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülən işlər dünyada böyük rezonans doğurub. Artıq bir çox dövlətlərin qanunverici orqanları Xocalı soyqırımını tanımışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti