...

Paytaxtda daha bir mərkəzi yol bağlanır

Cəmiyyət Materials 26 Fevral 2015 16:33 (UTC +04:00)
Sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.
Paytaxtda daha bir mərkəzi yol bağlanır

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Asfalt örtüyünün yenilənməsi ilə əlaqədar paytaxtın mərkəzi yollarından biri bağlanır.

Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) bildiriblər ki, fevralın 26-da axşam saatlarından etibarən, Salatın Əsgərova küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti