...

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Kardifin mərkəzi meydanına yürüş olub (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 17:16 (UTC +04:00)
Böyük Britaniyanın Kardif şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Kardifin mərkəzi meydanına yürüş olub (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Böyük Britaniyanın Kardif şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Xocalıda törədilən qətliamın 23-cü ildönümünə həsr olunan tədbir "Xocalıya ədalət" kampaniyası çərçivəsində Kardif Azərbaycanlıları Cəmiyyəti tərəfindən keçirilib.

Kardif Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Xanlar Paşazadə, tədbirin Xocalıda xalqımıza qarşı törədilən bu dəhşətli cinayətin Kardif şəhərində yaşayan və Kardif Universitetində təhsil alan çoxsaylı millətlərin nümayəndələrinə çatdırmaq məqsədilə keçirildiyini bildirib.

Qeyd edək ki, tədbirdə Xocalıda baş verən həqiqətləri özündə əks etdirən kitablar, fotoşəkillər, məlumat buroşürləri və xüsusi tərtibatla hazırlanmış köynəklər paylanılıb və tədbir şəhərin mərkəzi meydanına yürüş ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti