...

Azərbaycan alimləri italyanlarla birgə çirklənmiş dəniz və içməli suların tərkibini öyrənəcəklər (FOTO)

Cəmiyyət Materials 4 Mart 2015 13:25 (UTC +04:00)
Azərbaycan alimləri italiyalı alimlərlə ölkəmizdə neft və qaz çıxarılan yerlərdə tədqiqatlar aparılması, çirklənmiş dəniz və içməli suların tərkibinin öyrənilməsi barədə razılığa gəliblər.
Azərbaycan alimləri italyanlarla birgə çirklənmiş dəniz və içməli suların tərkibini öyrənəcəklər (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan alimləri italiyalı alimlərlə ölkəmizdə neft və qaz çıxarılan yerlərdə tədqiqatlar aparılması, çirklənmiş dəniz və içməli suların tərkibinin öyrənilməsi barədə razılığa gəliblər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) Trend-ə verilən məlumata görə, bu niyyətlə adıçəkilən ölkənin Salerno Universitetinin Sanitar Ətraf Mühit üzrə Mühəndislik Bölməsinin professoru Vinçenzo Nadeo və Sənaye Mühəndisliyi Bölməsinin əməkdaşı, fəlsəfə doktoru Françesko Vileko GGİ-də olublar.

İtaliyalı alimlər bildiriblər ki, təmsil etdikləri qurum yeni elmi texnologiyaların əldə olunmasına və ətraf mühitin qlobal problemləri üzrə tədqiqatlarda tətbiqinə çalışır. GGİ-nin əməkdaşlarına bu sahədə müştərək tədqiqatların hədəflərini müəyyən etmək təklif olunub. Konkret tədqiqat istiqamətlərindən əlavə, təcrübə mübadiləsi barədə də razılığa gəlinib. Nəzərdə tutulan təşəbbüslərin reallaşdırılması məqsədi ilə yaxın aylarda memorandumun imzalanması gözlənilir.

AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya üzrə fəlsəfə doktoru Qulam Babayevin dəvəti ilə gəlmiş italiyalı alimlər Avropa Komissiyasının "Horizon-2020" adlı tədqiqat və innovasiya üzrə proqramının iştirakçılarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti