...

Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanır

Cəmiyyət Materials 6 Mart 2015 10:28 (UTC +04:00)
Bu axşam paytaxtın Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanacaq.
Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanır

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Bu axşam paytaxtın Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Bakının Heydər Əliyev prospektinin Böyük Şor qovşağından şəhər istiqamətində, "Bazarstore" ticarət mərkəzinin qarşısındakı yol qovşağınadək ("Ramstor" yol qovşağı) qədər olan köməkçi hissəsi təmir işləri ilə əlaqədar bu gün saat 21:00-dan etibarən bağlanacaq.

Təmir işlərinin martın 7-də səhər saatlarında başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti