...

Baş Prokurorluq təkzib etdi

Cəmiyyət Materials 11 Mart 2015 19:15 (UTC +04:00)
Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində dövlət orqanlarına məxsus “İnfiniti” markalı avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan informasiyalara münasibət bildirib.
Baş Prokurorluq təkzib etdi

Azərbaycan, Bakı, 11 mart /Trend/

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində dövlət orqanlarına məxsus "İnfiniti" markalı avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, martın 1-də saat 05:30 radələrində Səbail rayonu ərazisində paytaxt sakini Süleyman Rizvanova məxsus "İnfiniti" markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış "Toyota Camry" və digər nəqliyyat vasitələrinə dəyib. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb, avtomobillərə dəyən ziyanın müəyyən edilməsi, eləcə də hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin DYP şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti