...

"Unibank" sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 13 Mart 2015 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Yaz ümidləri artırır, Novruz bayramı isə arzuları reallaşdırır.

"Unibank" əziz bayram öncəsi qayğıya, diqqətə ən çox ehtiyacı olan uşaqları sevindirib. Bankdan Trend-ə verilən məlumata görə, 268 saylı xüsusi məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar bayram sevincini yaşayıblar.

Hər zaman balaca dostlarının yanında olan "Unibank"ın əməkdaşları bu dəfə uşaqları Dövlət Kukla Teatrına aparıb. Teatrın aktyorlarının ifasında "Cik-Cik xanım" tamaşası uşaqların çox xoşuna gəlib. Novruz bayramının əsas atributları olan Kosa ilə Keçəl də uşaqların görüşünə gəlib. Kosa ilə Keçəlin hədiyyələri isə uşaqları daha da sevindirib.

Uşaqların Novruz arzuları "Unibank"la reallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti