...

Astarada yeni bulvar yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 16 Mart 2015 14:45 (UTC +04:00)
Astarada təxminən bir il əvvəl icrasına başlanılan layihə yekunlaşmaq üzrədi. Trend-in məlumatına görə, Xəzər dənizinin sahilində salınan park-bulvar layihəsində son tamamlanma işləri görülür.
Astarada yeni bulvar yekunlaşmaq üzrədir

Azərbaycan, Bakı, 16 mart /Trend/

Astarada təxminən bir il əvvəl icrasına başlanılan layihə yekunlaşmaq üzrədi. Trend-in məlumatına görə, Xəzər dənizinin sahilində salınan park-bulvar layihəsində son tamamlanma işləri görülür.

Əvvəllər tamamilə bataqlıq olan təxminən 5 hektar ərizədə salınan park-bulvarda rayon əhalisinin asudə vaxtını səmərəli keçirməsi üçün bir çox yeniliklər edilib.

Park-bulvarın ərazisində Uşaq İdman Akademiyası inşa edilir. Akademiyda bir çox idman bölmələri fəlaiyyət göstərəcək. Ərazidə müasir standartlara cavab verən otel də tikilir. Rayona gələn qonalqarın istirahətini təmin etmək üçün koteclər də salınıb. Park-bulvarda müxtəlif növ ağaclar əklib. Park ərazisindəki xüsusi guşədə isə "Astara bağı" salınır. Bu bağda məhz Astara roynunda olan ağac və bitki növləri əkiləcək.

Park-bulvara bitişik ərazidə isə çimərlik salınır. Çimərlikdə futbol və voleybol (çimərlik) meydançaları da tikilir.

Möhtəşəm park-bulvar Astaranın simasını tamamilə dəyişəcək.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bu layihənin rayonun turizm potensialını inkişaf etdirmək üçün böyük təkan olacaq. İcra başçısı qeyd edib ki, gələcəkdə parkın ərazisi 25 hektara qədər uzadılacaq. Xəzər dənizinin İranla sərhəddinə qədər uzadılması planlaşdırılan layihədə Bayraq Meydanının tikilməsi də nəzərdə tutulub. Park-bulvar ərazisində uşaqların istirahətini təmin etmək üçün əyləncə mərkəzi, attraksionlar da olacaq. Bulavrın ərzsində unikal fəvvarə də salınıb. Əminliklə söyləmək olar ki, Astarada salınan park-bulvar gözəlliyinə və möhtəşəmliyinə görə Bakı bulvarından geri qalmayacaq.

İcra başçısı bildirib ki, rayonun iqtisadi inkişafını sürətləndirmək üçün həyata keçirilən layihələr də yekunlaşmaq üzrədi. Astarada tikilən cay fabriki təxminən aprel ayının sonunda istifadəyə veriləcək. Gündəlik istehsal gücü 500 ton olacaq fabriki məhsulla təmin etmək üçün rayonda 1000 hektara yaxın yeni çay plantasiyasının salınması planlaşdırılır. Artıq bu işə balşanılıb və 400 hektar ərazidə yeni plantasiya salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti