...

Xaricdən Azərbaycana dəvət ediləcək müəllimlər üçün yeni imkanlar

Cəmiyyət Materials 17 Mart 2015 13:01 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil müəssisələrində dərs keçmək üçün xarici mütəxəssisləri dəvət edəcək.
Xaricdən Azərbaycana dəvət ediləcək müəllimlər üçün yeni imkanlar

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Azad Həsənli/

Xaricdən Azərbaycana dəvət ediləcək müəllim və professorlar ölkənin ali məktəblərində yalnız müəllimlik fəaliyyəti ilə məşğul olmayacaqlar. Bu şəxslər həm də tədris proqramlarının, elmi tədqiqat işlərinin aparılmasına yardım göstərəcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil müəssisələrində dərs keçmək üçün xarici mütəxəssisləri dəvət edəcək.

Nazir bildirib ki, TN hazırda Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı yeni dövlət proqramı hazırlayır. Həmin proqram çərçivəsində xarici mütəxəssislərin də ölkəyə dəvət edilməsi nəzərdə tutulur: "Ötən həftə Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı hazırkı dövlət proqramının növbəti illərdə davam etdirilməsi məsələsi müzakirə edildi. Yeni proqram çərçivəsində biz xarici ölkələrin müəllim və professorlarını ölkəyə dəvət etməyi planlaşdırırıq".

M.Cabbarov qeyd edib ki, proqram çərçivəsində artıq təxminən 900 tələbə xarici ölkələrin ali məktəblərinin məzunu olub. Onun sözlərinə görə, son iki ildə bu proqram çərçivəsində 1000-dən çox azərbaycanlı gənc xaricə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti