Qışımız bitdi, yazımız uğurlu olsun

Qışımız bitdi, yazımız uğurlu olsun

Azərbaycan, Bakı, 20 mart /Trend/

Novruz qədim və böyük bayram kimi yazın gəlişi münasibətilə qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

Trend-in məlumatına görə, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Hətta elm adamları bu bayramın zərdüştlükdən əvvəl də qeyd olunduğunu bildirirlər. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum isə 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı ilk dəfə eramızdan əvvəl 505-ci ildə qeyd olunub.

İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini göstərmək olar.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsrlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə küləyin, dördüncü çərşənbədə isə torpağın köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.

Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazırdı: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı".

Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.

Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görünməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.

Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli, il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli, bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Bahar Azərbaycana martın 21-də Bakı vaxtı ilə təxminən gecə saat 02:45:06-da qədəm qoyacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 28-dək ölkədə qeyri-iş günüdür.

“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
Loading Bars
Xəbər lenti
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat
Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb
İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb
"Access Bank" azad edilmiş ərazilərdə bank mərkəzlərini yaratmağı planlaşdırır
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb
ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib
Rusiya və İran XİN başçılarının görüşü keçirilir
Azərbaycanda qızıl bahalaşıb
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb
Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır
Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir
Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur
Bir neçə aksizli malların dərəcələri artırılır
Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur
Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Prezident İlham Əliyev: Dövlət qurumları, nazirliklər mənim göstərişlərimi axıra qədər icra etməlidirlər
Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandı
Azərbaycan Prezidenti: Öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı daim yüksək səviyyədə olsun
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)
Prezident İlham Əliyev: Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib (FOTO)
Tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir
Azərbaycan Prezidenti: Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır
Prezident İlham Əliyev: Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır
Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır - Lavrov
Prezident İlham Əliyev: Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır
Azərbaycan nefti ucuzlaşır
Azərbaycan Prezidenti: Biz Xəzərdə ən böyük donanmaya sahibik
Azərbaycanda bu avadanlıq və qurğuların idxalı vergidən azad edilir
Prezident İlham Əliyev: Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
Bakıda idman gimnastikası üzrə Dünya kuboku təxirə salınıb
Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edib (FOTO/VİDEO)
Buğdanın idxalı və satışı, çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur
Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub
İran altıtərəfli əməkdaşlıq platformasının təşkil olunmasını istəyir - Zərif
SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq
Rabitə naziri təyin edilən Rəşad Nəbiyev kimdir?
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək
Xəzərdə zəlzələ olub
Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq - Şöbə müdiri
Xırdalanda baş verən partlayışla bağlı cinayət işi açıldı
Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Paytaxt sakinindən narkotik və odlu silah götürüldü (FOTO/VİDEO)
Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
Bütün xəbərlər