Azərbaycan, Bakı, 19 mart /Trend/
İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılam nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən "Uşaq Aləmi" MMC-yə məxsus uşaq geyimləri mağazasında malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.