Azərbaycan, Bakı, 21 mart /Trend/
Novruz bayramı Hərbi Dəniz Qüvvələrində də təntənəli sürətdə qeyd edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi Zabitlər Evinin və Qurban Abbasov adına Suraxanı Rayon Mədəniyyət Evinin bədii kollektivinin iştirakı ilə bayram konsert proqramları təşkil olunaraq keçirilib. Şəxsi heyət üçün bayram süfrəsi təşkil olunub və şəxsi heyətə bayram sovqatı paylanılıb.
Hərbi Dəniz Qüvvələri Komandanlığı adından 1-ci dərəcəli kapitan Ramil Əsgərov bayram münasibətilə şəxsi heyəti təbrik etmək üçün bölmə və gəmilərdə olub. Şəxsi heyətə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət quruluculuğundan, islahatlardan, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, şəxsi heyəti müdafiə naziri və Hərbi Dəniz Qüvvələri komandanı adından təbrik edib, şəxsi heyətə döyüş qabiliyyətinin, hərbi intizamın yüksəldilməsi istiqamətində xidmətdə uğurlar diləyib.
Daha sonra R.Əsgərov bayram münasibətilə hədiyyələr təqdim etdikdən sonra şəxsi heyət üçün hazırlanan bayram süfrəsinə qonaq olub.