Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İlkin İzzət/
Paytaxtın Nəsimi rayonunda, Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 220 metr təşkil edən küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.
Bu gün səhər saatlarından etibarən isə yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.
Martın 26-dan etibarən yolda kommunikasiya quyularının dəmir-beton plitələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanılacaq.