Azərbaycan, Bakı, 28 mart /Trend/
Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur enəcək, yağıntılı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var.
Bakı və Abşeron yarımadasında havanən temperaturu gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 0-3 isti, gündüz 3-8 dərəcə isti olacaq.
Martın 30-da Azərbaycanın əksər rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq.