Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın rabitə operatoru - "Ultel" şirkəti 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarının "107" xidmətinin köməyi ilə beynəlxalq və şəhərlərarası zənglərdən pulsuz yararlanmasına imkan yaradacaq.
Trend-in şirkətə istinadən verdiyi məlumata əsasən, bunun üçün veteranlar aprelin 15-dək "Ultel"in abunə şöbəsinə müraciət etməli və veteran kitabçasının əslini və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Veteranlar üçün pulsuz zənglər 2015-ci il aprelin 25-dən mayın 10-dək təqdim ediləcək.