...

Millət vəkili “Bakcell”i məhkəməyə verir

Cəmiyyət Materials 3 Aprel 2015 12:54 (UTC +04:00)
Milli Məclisin deputatı Elmira Axindova "Bakcell" şirkətini məhkəməyə verməyə hazırlaşır.
Millət vəkili “Bakcell”i məhkəməyə verir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin deputatı Elmira Axundova "Bakcell" şirkətini məhkəməyə verməyə hazırlaşır.

Trend-in məlumatına görə, E.Axundova bunu Milli Məclsiin bu gün keçirilən plenar iclasında deyib.

E.Axundova telefonuna çoxlu sayda reklam xarakterli mesajların gəldiyini bildirib.

Onun sözlərinə görə, mesajların əksəriyyəti aldadıcı xarakterlidir və insanların cibini soymaq məqsədi güdür:

"Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər. Mən bu gün "Bakcell"dən əvvəlcə xahiş, sonra isə tələb edirəm ki, bu cür aldadıcı və insanların cibini soymağa yönələn mesajların yayılmasına son qoysunlar. Əks halda, həmin abunəçilərin müdafiəçisi kimi, "Bakcell"i məhkəməyə verəcəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti