...

Bilik Fondu Lənkəranda mühazirə təşkil edib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2015 14:49 (UTC +04:00)
“Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Haynrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tələblərə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə növbəti mühazirə təşkil olunub.
Bilik Fondu Lənkəranda mühazirə təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

""Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Haynrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tələblərə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə növbəti mühazirə təşkil olunub.

Fonddan Trend-ə verilən məlumata görə, filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Qaraxanoğlu Lənkəran Dövlət Humanitar Kollecində "Ədəbi-bədii mətnlərimizdə milli-dövlətçilik təliminin - azərbaycançılıq məfkurəsinin təcəssümü" ("Kitabi-Dədə Qorqud" dastanı kontekstində) mövzusunda mühazirə oxuyub. Mühazirədə kollecin 100-dən çox müəllim və tələbəsi ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Daha çox diskussiya şəklində qurulan mühazirədə tələbələrin də fəal iştirakı təmin olunub. Mühazirəçi şifahi və yazılı maddi-mədəniyyət abidələrimizdə azərbayçançılıq ideologiyasının təşəkkülü, inkişafı və çiçəklənməsi tempini və boyartımını ədəbi-bədii faktlar əsasında göstərib.

Kollecin tələbələri Talış xalq nağılı "İçəşə Div" ("Təkgöz Div") və "Kitabi-Dədə Qorqud" dastanının "Basat" boyunu bədii qiraətlə oxuyublar. Məruzəçi tələbələrə hər iki mətnin oxşar və fərqli cəhətləri barədə məlumat verib.

Sonda M.Qaraxanoğlu tələbələrin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti