...

Azərbaycanda soyuq havalar sona çatır

Cəmiyyət Materials 13 Aprel 2015 12:39 (UTC +04:00)
Sabahdan Azərbaycanın bəzi ərazilərində havanın temperaturu yenidən yüksələrək 17 dərəcəyə çatacaq.
Azərbaycanda soyuq havalar sona çatır

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Sabahdan Azərbaycanın bəzi ərazilərində havanın temperaturu yenidən yüksələrək 17 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağiş yağacağı gözlənilir. Hava gün ərzində dəyişkən buyludlu, əsasən, yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Aprelin 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 isti olacağı gözlənilıir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti