...

Hərbçilərin ən güclüsü müəyyənləşdi (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2015 22:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai birliklərinin təşkilatçılığı ilə "Silahlı Qüvvələr Kuboku" velosiped yarışı təşkil olunub.
Hərbçilərin ən güclüsü müəyyənləşdi (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai birliklərinin təşkilatçılığı ilə "Silahlı Qüvvələr Kuboku" velosiped yarışı təşkil olunub.

Federasiyadan Trend-ə verilən məlumata görə, "Velopark"da keçirilən yarışda Silahlı Qüvvələrin müxtəlif qurumlarının 16 komandası iştirak edib.

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 iştirakçı olmaqla, estafet sistemi üzrə mübarizə aparıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 3 komanda müəyyənləşib. Həlledici yürüşdə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olublar.

İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai birliklərinin sədrləri Mirhəsən Seyidov və Emin Həsənli təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti