...

"Təmiz Şəhər"in əməkdaşları qan verdilər (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2015 16:34 (UTC +04:00)
“Təmiz Şəhər” ASC-in əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər.
"Təmiz Şəhər"in əməkdaşları qan verdilər (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədilə "Təmiz Şəhər" ASC-nin əməkdaşları aprelin 24-də qanvermə aksiyası keçiriblər.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda keçirilən aksiyada Qan Donorları Assosiasiyasının və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələri iştirak ediblər.

8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin rəhbərliyi və səhmdar cəmiyyətin kollektivi qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Aksiyada "Təmiz Şəhər" ASC-nin 200-ə yaxın əməkdaşı iştirak edib. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.

Bu il "Talassemiyasız həyat naminə" proqramının 10 ili tamam olur. "Təmiz Şəhər" ASC hər il belə aksiya keçirərək proqrama qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti