Azərbaycan, Bakı, 27 aprel /Trend/
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində televiziyada praktik iş fənnindən tələbələrin yekun işlərinin təqdimatı keçirilib.
Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, mərasimdə tələbələrin hazırladığı "Ana xəbər" bülleteni və bir neçə sosial çarx nümayiş etdirilib. Təqdimatda "Azad Azərbaycan" televiziyasının prezidenti Vüqar Qaradağlı, fakültə dekanı Şamil Vəliyev, Teleradio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin professor-müəllim heyəti iştirak edib.
Tələbələrin də iştirak etdiyi tədbirdə V.Qaradağlı gənc jurnalistlərin fəaliyyətini uğurlu hesab edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.