...

Avropa vəkillərinin rəhbəri Azərbaycanda səfərdə olub (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2015 16:24 (UTC +04:00)
27-28 aprel tarixlərində “Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyi”nin (CCBE - the Council of Bars and Law Societies of Europe) nümayəndə heyəti təşkilatın sədri xanım Maria Slazakın rəhbərliyi ilə Azərbaycanda rəsmi səfərdə olub.
Avropa vəkillərinin rəhbəri Azərbaycanda səfərdə olub (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

27-28 aprel tarixlərində "Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyi"nin (CCBE - the Council of Bars and Law Societies of Europe) nümayəndə heyəti təşkilatın sədri xanım Maria Slazakın rəhbərliyi ilə Azərbaycanda rəsmi səfərdə olub.

Səfərin birinci günündə AR Ədliyyə Nazirliyinin nəzdində olan Ədliyyə Akademiyası və AR Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə respublikamızda fəaliyyət göstərən vəkillər üçün "Vəkillərin Etik Davranış Qaydaları" mövzusunda seminar keçirilmişdir.

Tədbirdə ilk söz alan Vəkillər Kollegiyası Rəyasət heyətinin sədri Azər Tağıyev, Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov və CCBE-nin prezidenti Maria Slazak seminar iştirakçılarını salamlamış və bu cür seminarların keçirilməsinin əhəmiyyətindən danışmışlar.

Daha sonra xanım Maria Slazak CCBE təşkilatı barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir.

Seminar CCBE-nin xarici nümayəndələri olan Ranko Pelikarik, Tomas Budesson və David Asatiani Gürcüstan, Xorvatiya, Fransa və digər Avropa ölkələrində vəkillərin etik davranış qaydaları ilə bağlı olan təcrübə barədə iştirakçılara maraqlı məlumatlar vermiş , yerli və əcnəbi hüquqşünaslar arasında bu sahədə təcrübə mübadiləsi aparılmışdır.

Aprel ayının 28-də əcnəbi vəkillər AR Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, rəyasət heyətinin üzvləri Anar Bağırov və Muxtar Mustafayev ilə görüşmüş, Azərbaycanın CCBE təşkilatına müşahidəçi üzvlük, avropalı və azərbaycanlı vəkillər arasında qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlıq və s. məsələləri müzakirə etmişlər.

Daha sonra qonaqları Ədliyyə Nazirliyində nazir müavini Azər Cəfərov qəbul etmişdir. Görüş zamanı vəkillərin tədris məsələsi xüsusi müzakirə predmeti olmuş və gələcəkdə də CCBE tərəfindən bizim vəkillərə müxtəlif mövzularda təlimlərin keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

Avropalı qonaqlar eyni zamanda Milli Məclisdə millət vəkili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüş keçirmişlər.

Əcnəbi vəkillər sonra Ali Məhkəmədə olmuş, məhkəmənin inzibati binası ilə tanış olmuş, İnzibati-iqtisadi, Cinayət kollegiyalarının sədrləri Hikmət Mirzəyev, Şahin Yusifov, məhkəmənin aparat rəhbəri Əlirza Kərimovla və Yasamal Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin sədri Ələddin Cəfərov və bir sıra hakimlərlə maraqlı müzakirələr aparmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti