I Avropa Oyunları ilə əlaqədar bəzi avtomobillər paytaxta buraxılmayacaq

I Avropa Oyunları ilə əlaqədar bəzi avtomobillər paytaxta buraxılmayacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) I Avropa Oyunları ilə əlaqədar Bakı şəhərində yerləşən idarə, müəssisə və təşkilat rəhbərlərinə bəzi avtomobillərin paytaxta buraxılmayacağı ilə bağlı xəbərdarlıq edib.

BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş edir ki, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar cari il iyun ayının 1-dən 30-dək müddətdə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkililə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, istər gecə, istərsə də gündüz saatlarında yük avtomobillərinin şəhərə girişinə ümumiyyətlə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışa malik bəzi avtomobillərə axşam və gecə saatlarında paytaxtda hərəkət etməsinə icazə veriləcək: "Bunlar ilk növbədə kommunal təsərrüfat avtomobilləri, ərzaq, dərman ləvazimatları, yanacaq daşıyan, ümumiyyətlə həyati vacib məhsulları daşıyan avtomobillərdir. Bu daşımaları həyata keçirən təşkilatlar mayın 15-dək mütləq şəkildə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməlidirlər. Yük avtomobillərinə buraxılış vərəqələri şəhər meriyası ilə BDYPİ-nin birgə razılaşması əsasında veriləcək".

K.Əliyev qeyd edib ki, müraciət edənlər də elə düşünməməlidirlər ki, onlara bütün avtomobillər üzrə icazə veriləcək: "Müraciətdən sonra həmin avtomobillər texniki baxışdan keçiriləcək və bundan sonra yalnız texniki cəhətdən tam saz, zahiri görünüşü tam normalara cavab verən, səliqəli olan avtomobillərə axşam və gecə saatlarında şəhərdə daşımaları həyata keçirmək üçün buraxılış vərəqələri veriləcək. Lakin yanacaq və digər təhlükəli yüklər daşıyan avtmobillər oyunların keçirildiyi yollara buraxılmayacaqlar. Ona görə də alternativ marşrutun seçilməsi üçün onlar indidən BŞİH-ə müraciət etməlidirlər. Digər yük avtomobillərinin isə ümumiyyətlə iyunun 1-dən 30-dək paytaxta girişinə icazə verilməyəcək. Xahiş edirik, tikinti materialları və digər yükdaşımaları ilə məşğul olan idarə, təşkilat və şəxslər indidən bunu iş planlarına daxil etsinlər. Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək, ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə hörmətlə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcək".

Qeyd edək ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar daxili işlər orqanlarının texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbat müəyyən edilib, xüsusi komissiya yaradılıb, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrə dair tədbirlər planı təsdiqlənərək icraya yönəldilib. Oyunlar zamanı ictimai qaydanın, ictimai təhlükəsizliyin etibarlı təmini, yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib. Nazirliyin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, hüquq qaydasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq əmrlə Əməliyyat Qərargahı və əlavə köməkçi qərargahlar yaradılıb.

Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
Loading Bars
Xəbər lenti
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub
COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər
Azərbaycan özünü qalib xalq, məğlubedilməz dövlət kimi təsdiq etdi - Pərvin Kərimzadə
Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir - Mövlud Çavuşoğlu
Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır (FOTO)
Sabahın hava şəraiti açıqlanıb
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi (ÖZƏL)
Fərdi Məşğulluq Proqramı nədir? (VİDEO)
XTD komandiri İkinci Qarabağ müharibəsində şəhid olub - FOTO
Cəlilabadda karantini pozan 14 nəfər cərimələnib (FOTO)
Bu qablar uşaqlarda davranış pozuntularının yaranma riskini artırır - XƏBƏRDARLIQ
Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin
Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ən çox mallar bu ölkələrə ixrac edilib
Azərbaycan xalqı yeni zəfər tarixi yazdı - Kamaləddin Qafarov
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ
Koronavirus Azərbaycana gələnlərin sayında kəskin azalmaya səbəb olub
Xaricdən Azərbaycan mallarının alınması üçün edilən sifarişlər artıb
Ağdaş, Bərdə və Ağdamdan olan koronavirus xəstələri Mingəçevirdə saxlanılıblar (FOTO)
Azərbaycanda koronavirusa qarşı kütləvi immunitet yaratmaq mümkündürmü? - Komitə sədri açıqladı
Rusiyada bir gündə 589 nəfər koronavirusdan öldü
MMC rəisinə cinayət işi başlandı
Ermənistanın hərbi texnika itkisi 3,8 milyard dollardır - İİTKM (FOTO)
Azərbaycanda ipoteka kreditlərinin həcmi artıb
BŞTİ-də vətəndaşların qəbulu dekabrın 28-dək dayandırılır
Ombudsmanın Gəncə Regional Mərkəzi Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə onlayn tədbir keçirib
Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib
Azərbaycan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq - Deputat
Ermənilər məktəbləri də minalayıb - Rusiya MN
Bütün xəbərlər