...

Əli Əhmədov: Dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları hazırdır

Cəmiyyət Materials 4 May 2015 13:12 (UTC +04:00)
“Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov: Dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları hazırdır

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə bu dəyişiklik təsdiq olunub:

"Növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq. Bu qaydalar hazırdır və yaxın zamanlarda təsdiq olunacaq. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək".

Ə. Əhmədov vurğulayıb ki, bu texniki baxımdan xeyli vaxt tələb edən bir prosesdir: "Amma, məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. Təəssüf ki, indiki halda belə hallara rast gəlmək mümkündür. Bundan başqa dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərimizdən biridir. Çünki, insanlarımız nə dərmanların keyfiyyətinin aşağı olmasından nə də qiymətinin yüksək olmasından əziyyət çəkməsinlər. Güman edirəm ki, qaydalar hazırlanıb, həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti