...

Azərbaycanda müəllim olmaq istəyənlər üçün qiyabi təhsil ləğv olundu

Cəmiyyət Materials 14 May 2015 12:01 (UTC +04:00)
Bu ildən Azərbaycanın ali məktəblərində müəllimlik ixtisaslarına qiyabi təhsilalma forması üzrə tələbə qəbulu dayandırılır.
Azərbaycanda müəllim olmaq istəyənlər üçün qiyabi təhsil ləğv olundu

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ildən Azərbaycanın ali məktəblərində müəllimlik ixtisaslarına qiyabi təhsilalma forması üzrə tələbə qəbulu dayandırılır. Bunu Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Nazirlikdən qeyd edilib ki, yeni tədris ili üçün ali təhsil müəssisələrində bakalavriat səviyyəsinə qiyabi təhsilalma forması üzrə plan yerlərinin sayı azaldılıb.

Ümumilikdə 2015-2016-cı tədris ili üzrə ali məktəblərə ümumi plan yerlərinin sayı əvvəlki tədris ilinə nisbətən 6 faiz artıb. Orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması və müəllimlik ixtisasları üzrə tələbə qəbulu üçün ayrılan plan yerlərinin sayı qismən azaldılıb.

2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələri üzrə plan yerləri artıq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti