...

Bakının iki küçəsində hərəkət tam məhdudlaşdırılır

Cəmiyyət Materials 18 May 2015 13:56 (UTC +04:00)
Bu gecə Xətai rayonu Üzeyir Hacıbəyov küçəsi və Nəsimi rayonu Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bakının iki küçəsində hərəkət tam məhdudlaşdırılır

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İlkin İzzət/

Bu gecə Xətai rayonu Üzeyir Hacıbəyov küçəsi və Nəsimi rayonu Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Trend "Azəryolservis" ASC-dən məlumat verib.

Göstərilən ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti