...

Təkmilləşdirmə kurslarını bitirən din xadimlərinə sertifikatlar verildi (FOTO)

Cəmiyyət Materials 21 May 2015 16:51 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kurslarının müdavimlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Təkmilləşdirmə kurslarını bitirən din xadimlərinə sertifikatlar verildi (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kurslarının müdavimlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, mərasim mayın 19-da paytaxtın Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğın hadisəsində həlak olanların ruhlarına dua oxunması ilə başlayıb.

Müdavimlərin qarşısında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə yaradılan təkmilləşdirmə kurslarının məqsəd və məramı barədə danışıb. Ölkədə din-dövlət münasibətləri sahəsində böyük işlər görüldüyünü diqqətə çatdıran Şeyxülislam din xadimləri qarşısında duran vəzifələrdən geniş söhbət açıb.

QMİ sədri müdavimləri təkmilləşdirmə kurslarını uğurla bitirdiklərinə görə təbrik edib, onlara nəsihət və tövsiyələrini verib.

Müdavimlər adından çıxış edən mərasim iştirakçıları ölkə rəhbərliyinə və Qafqaz Müsəlmanları İdarəsinə yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda müdavimlərə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiqləyən sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti