Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlhamə İsabalayeva/
Abşeron yarımadasında Xocasən, Bülbülə, Kürdəxanı və Qırmızı göllər ölkə ərazisinin ən çirkli su hövzələrindəndir.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan Trend-ə bildirilib ki, bu barədə "Abşeron yarımadasının çirklənmiş göllərində mikroelementlərin paylanmasının geokimyəvi xüsusiyyətləri" mövzusunda keçirilən seminarda institutun Geoekologiya şöbəsinin mühəndisi İlqar Quliyev məlumat verilib.
Onun sözlərinə görə, burada göllərin əksəriyyəti duz, bron, yod, müalicəvi palçıq və digər tərkiblərlə zəngindir. Lakin ekoloji çirklənmələr bir çox halda bu təbii sərvətlərdən istifadəni məhdudlaşdırır.
Xocasən, Bülbülə, Kürdəxanı və Qırmızı göllər ölkə ərazisinin ən çirkli su hövzələrindəndir. Böyükşor isə hazırda dövlət səviyyəsində aparılan tədbirlər nəticəsində bu siyahıdan çıxmaq üzrədir. Abşeronda ən az çirklənən Masazır gölüdür.
İ.Quliyev çirklənmələrin əsas səbəblərini təbiət hadisələri, iqlim dəyişmələri, fauna və floranın təsiri, həmçinin antropogen amillə izah edıb.