...

"Azərsun Holdinq" ənənəvi qanvermə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 27 May 2015 15:52 (UTC +04:00)
“Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalaraq qanvermə aksiyası keçirib.
"Azərsun Holdinq" ənənəvi qanvermə aksiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

"Azərsun Holdinq" növbəti dəfə ənənəsinə sadiq qalaraq qanvermə aksiyası keçirib.

Şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozalın qan verməsi ilə start verilən aksiyada "Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən müəssisələrdə çalışan 500-dən artıq insan iştirak edib.

Aksiya zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib. Holdinqin rəhbəri əməkdaşlar qarşısında çıxış edərək qan verməyi mənəvi borc hesab etdiyini bildirib və hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib.

Qeyd edək ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan "Azərsun Holdinq" artıq 9 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına da dəstək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti