...

Bu dəfə onlar da sevindi (FOTO)

Cəmiyyət Materials 1 İyun 2015 17:40 (UTC +04:00)
1 iyun - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar Respublika Diaqnostika Mərkəzi (RDM) uşaqların pulsuz tibbi müayinəsini həyata keçirib.
Bu dəfə onlar da sevindi (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

1 iyun - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar Respublika Diaqnostika Mərkəzi (RDM) uşaqların pulsuz tibbi müayinəsini həyata keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, RDM tərəfindən davamlı olaraq hər il keçirilən xeyriyyə aksiyası bu dəfə psixonevroloji dispanserdə müalicə olunan və reabilitasiyası aparılan uşaqlar üçün keçirilib. Dispanserin rəhbərliyi ilə əldə olunan razılıq əsasında bu gün 2-8 yaş arasında olan 28 uşaq müayinə edilib, onların ultrasəs müayinəsi aparılıb.

Mərkəzin aparıcı mütəxəssisləri tərəfindən keçirilirən müayinə RDM-in şüa diaqnostikası bölməsinin rəhbəri, professor Əhməd Məmişin rəhbərliyi ilə aparılıb.

Patologiya aşkarlanan uşaqların müalicəsi üçün onlara lazımi məsləhətlər, eyni zamanda, göndərişlər verilib.

Müayinədən sonra uşaqlara və onları müşayiət edən psixonevroloji dispanserin kollektivinə xeyriyyə naharı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti