Əli Əhmədov və Səlim Müslümov ƏƏSMN-in bir sıra obyektlərində olublar (FOTO)

Əli Əhmədov və Səlim Müslümov ƏƏSMN-in bir sıra obyektlərində olublar (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bir sıra obyektlərində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ilk növbədə nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə (Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) gələn tədbir iştirakçıları mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının təşkili, onların təminatı vəziyyəti ilə yaxından tanış olub, peşə təlimində olan gənclərlə görüşüblər. S.Müslümov məlumat verərək bildirib ki, Prezident cənab İlham Əliyevin əlilliyi olan insanlara böyük diqqət və qayğısı nəticəsində 2013-cü ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər artıq 450 nəfərə yaxın peşə reabilitasiyasına cəlb edilib. "Hazırda isə 140 nəfərə yaxın müvafiq kateqoriyadan olan gənc burada peşə təlimindədir. Mərkəzdə kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələr üzrə təcrübəli müəllimlər tərəfindən təlim keçilir. Ölkəmizin müxtəlif bölgələrindən mərkəzə peşə təliminə cəlb olunanlar burada təlim müddətində dövlət hesabına bütün müvafiq xidmətlərlə (yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s.) də təmin olunurlar. Bu gənclərin istedadlarının cəmiyyətə təqdim olunması üçün tez-tez onların əl işlərindən ibarət sərgilər keçirilir, bu gənclərin müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün müxtəlif gəzintilər, ekskursiyalar təşkil olunur. Peşə təlimini bitirənlərin məşğulluğunun, eləcə də özünüməşğulluğunun təmini üçün də müvafiq işlər aparılır".

Ə.Əhmədov Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın sürətli tərəqqisinə səbəb olmaqla, sosial sahədə də mühüm nailiyyətlərə imkan yaratdığını vurğulayıb. O, ölkəmizdə müasir tələblərə cavab verən belə bir mərkəzin fəaliyyət göstərməsinin həm əlilliyi olan şəxslərlə, həm də gənclərlə, onların sosial müdafiəsi ilə bağlı aparılan fəal və məqsədyönlü siyasətin növbəti bariz təzahürü olduğunu vurğulayıb. Ölkəmizin hərtərəfli inkişafı proseslərində YAP-ın daim yaxından və fəal iştirak etdiyini qeyd edən Ə.Əhmədov bildirib ki, partiya gənclərlə bağlı layihələrə, həmçinin sağlamlıq imkanları məhdud gənclərin sosial müdafiəsi tədbirlərinə də mühüm yer ayırır, həmçinin Peşə Reabilitasiya Mərkəzi də diqqətdə saxlanılır və bu istiqamətdə nəcib bir addım olaraq, YAP tərəfindən mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclərin müxtəlif tədbirlərə aparılıb-gətirilməsi, ekskursiya və gəzintiləri üçün avtobusun hədiyyə edilməsi qərara alınıb.

Sonra YAP tərəfindən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə yeni avtobus təqdim olunub. Sağlamlıq imkanları məhdud gənclər bütün sahələrdə Prezident qayğısını hiss etdiklərini vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar YAP tərəfindən mərkəzə yeni avtobusun hədiyyə edilməsinə görə partiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Ə.Əhmədov və S.Müslümov daha sonra ƏƏSMN-in Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində olublar. Mərkəz Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan 16 yaşdan yuxarı əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilməsi ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasına xidmət edir. Burada dərman preparatları ilə yanaşı, səmərəli fizioterapevtik müalicə prosedurlarından da geniş istifadə olunur. Əlilliyi olan şəxslərin tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, həmçinin mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi və s. istiqamətlərdə işlər aparılır.

S.Müslümov bildirib ki, hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir: "Ötən il bu müəssisələrdə 7837 nəfər, cari ilin ilk rübündə isə 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Bu müəssisələrdə müasir tələblərə uyğun xidmət şəraitinin yaradılması üçün müvafiq işlər görülür. Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri başa çatıb və yenidən istifadəyə verilmək ərəfəsindədir. Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında, Bakı şəhər Uşaq Bərpa Mərkəzində isə əsaslı təmir işləri aparılır. Nazirliyin digər bir sıra bölgələrdəki bərpa mərkəzlərində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Biz təmir işləri başa çatdırıldıqdan sonra bu müəssisələri müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz etməklə bərabər, onlarda sosial reabilitasiya yönümlü xidmətlər şəbəkəsini genişləndirməyi nəzərdə tuturuq".

Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinə baxış zamanı mərkəzdəki mövcud şəraitin müasir tələblərə cavab vermədiyi, binanın divarlarının, döşəmə və tavanının yararsız halda olduğu müşahidə edilib, burada əsaslı təmir işlərinin aparılmasına, yaxud yeni binanın tikintisinə ehtiyac olduğu müəyyən edilib.

Ə.Əhmədov və S.Müslümov ƏƏSMN-in Sumqayıt şəhərindəki 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yeni inzibati binasının açılışında iştirak ediblər. S.Müslümov bildirib ki, ƏƏSMN-in 38 region üzrə TSEK-ləri fəaliyyət göstərir ki, ötən ilin ortalarından onlarda əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması üçün müvafiq işlərə başlanılıb. Ötən müddətdə bu Komissiya də daxil olmaqla artıq 21 region üzrə TSEK yeni inzibati binalarla, tibbi-sosial ekspertiza üçün müasir iş şəraiti və müayinə avadanlıqları ilə təmin ediliblər. Bu Komissiyaların yalnız iş şəraiti deyil, onların iş üsulları da müasirləşdirilir. Yəni əlillik təyinatında avtomatlaşdırılmış mexanizmin tətbiqinə başlanılıb və tibbi-sosial ekspertiza üçün müvafiq qurumlar arasında elektron sənəd mübadiləsi təmin olunur. Nəticədə, əlillik müayinəsi prosesində komissiya əməkdaşları ilə vətəndaşlar arasında ünsiyyət azalır ki, bu da şəffaflığın təminatına yönəlib.

Tədbirdə TSEK üçün yaradılmış yeni iş şəraitinə, müayinə cihazlarına, göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxış olub, Komissiyanın əməkdaşlarına əhaliyə xidmətin layiqli və şəffaf şəkildə həyata keçirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası işinin bərpa-müalicə müəssisələri ilə əlaqəli təşkili və s. barədə tapşırıqlar verilib.

ƏƏSMN-in Paralimpiya İdman Kompleksinə gələn Ə.Əhmədov və S.Müslümov Kompleksdə əlilliyi olan idmançıların təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şəraiti nəzərdən keçiriblər. Kompleksdə müasir avadanlıqla təchiz olunmuş akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu vardır. Binada əlilliyi olan şəxslərin sərbəst, maneəsiz hərəkəti, müxtəlif idman növləri ilə məşğul olmaları üçün lazımi şərait mövcuddur. Hazırda paralimpiyaçılar Kompleksdə Bakı-2015 Avropa Oyunlarına hazırlaşırlar. Paralimpiyaçılar Prezident cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da doğruldacaqlarını, qələbələr seriyasını uğurla davam etdirəcəklərini vurğulayıblar.

Ə.Əhmədov və S.Müslümov ƏƏSMN-in Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində də olublar. Bildirilib ki, hazırda ƏƏSMN-in tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Şağan qəsəbəsində 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sosial xidmət müəssisələri fəaliyyət göstərir. Onlarda ümumilikdə 300 nəfərdən çox uşaq tam dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün ən müasir tələblərə uyğun olan, nümunəvi şərait yaradılıb.

Tədbir iştirakçıları müəssisədə uşaqların yaşayışı, hərtərəfli qayğı ilə təmin olunması üçün yaradılan şəraiti, onların reabilitasiyası üçün aparılan işləri nəzərdən keçiriblər.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib (FOTO)
Prezident İlham Əliyev: Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırırıq
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terror törədiblər - Firdovsi Əliyev
Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
Sabunçuda aptek və evlərdən oğurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən ruhi xəstə ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı
Bütün xəbərlər