...

QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib (FOTO)

Cəmiyyət Materials 5 İyun 2015 16:18 (UTC +04:00)
QHT-lərə Dövlət Dəstəyi Şurasının cari ilin birinci maliyyə yardımı müsabiqəsində qalib gəlmiş layihələrin rəhbərləri üçün Milli QHT Forumunun Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzində məlumatlandırma sessiyası keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cari ilin birinci maliyyə yardımı müsabiqəsində qalib gəlmiş layihələrin rəhbərləri üçün Milli QHT Forumunun Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzində məlumatlandırma sessiyası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, tədbirdə Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının QHT nümayəndələri iştirak ediblər.

Şuranın təşkilatçılığı ilə Qəbələ Resurs və Təlim Mərkəzində Oğuz, Mingəçevir, Şəki, Qəbələ və Zaqatala QHT-ləri üçün də məlumatlandırma sessiyası təşkil olunub.

Sessiyada çıxış edən Şuranın əməkdaşları Mirzə Zahidov və Fərid Qəhrəmanov layihələrin icrası ilə bağlı prosedur qaydaları, hesabatların qəbul olunması formaları haqqında iştirakçılara ətraflı məlumat verib.

Müzakirələrdə region QHT-ləri, onların həyata keçirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, ictimaiyyətlə əlaqələrin qurulması, müsbət təcrübələr və onların yayılması mexanizmləri barədə barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti