...

Bakı yollarında hərəkətə əngəl olan maneələr yığışdırılır (FOTO+VİDEO)

Cəmiyyət Materials 5 İyun 2015 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Paytaxtın bəzi mərkəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsində, səkilərdə hərəkətə əngəl olan müxtəlif maneələr, zəncirlər və dirəklər vurulur. Bu isə həm sürücülərin, həm də piyadaların narazılığına səbəb olur. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC həmin maneələrin sökülməsi işlərinə başlayıb.

ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, aparılan işlər nəticəsində paytaxtın mərkəzində, daha dəqiqi, Nəsimi rayonu Əlövsət Quliyev, Rəsul Rza, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov və digər küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə və səkilərə vurulan müxtəlif maneələr, zəncirlər və dirəklər xüsusi kəsici alətlərlə kəsilərək yığışdırılıb. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Qeyd edək ki, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 164.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti