...

TQDK buraxılış imtahanlarının nəticələrini nə zaman elan edəcək?

Cəmiyyət Materials 8 İyun 2015 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən iyunun 6-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Komissiyadan Trend-ə verilən məlumata görə, nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şagirdlər nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti