...

ÜST Azərbaycanla gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi

Cəmiyyət Materials 11 İyun 2015 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Azərbaycana gəlmiş Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Jujanna Yakabla görüşüb.

Nazir bildirib ki, ÜST ilə Səhiyyə Nazirliyi arasında münasibətlər 1992-ci ildən başlanıb. Qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün nazirlik kifayət qədər səy göstərilib.

J.Yakab da ÜST ilə Azərbaycanın uğurlu münasibətlərindən danışaraq, bu münasibətlərin gələcəkdə də genişləndirilməsi üçün bütün səylərdən istifadə edəcəklərini vurğulayıb.

Görüşdə sağlam həyat tərzinin təşviqi, ÜST qətnamələrinin yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və s. bu kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan 1993-cü ildən Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti