...

Küləkli hava davam edəcək

Cəmiyyət Materials 13 İyun 2015 12:49 (UTC +04:00)
Azərbaycanda küləkli hava davam edəcək.
Küləkli hava davam edəcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda küləkli hava davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti