...

BDU-da PAKT layihəsi çərçivəsində təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 23 İyun 2015 14:44 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) Avropa Komissiyasının TEMPUS proqramının PAKT (Project Actors Capacity Training in Caucasus) layihəsi çərçivəsində təlim keçirilib.
BDU-da PAKT layihəsi çərçivəsində təlim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bakı Dövlət Universitetində (BDU) Avropa Komissiyasının TEMPUS proqramının PAKT (Project Actors Capacity Training in Caucasus) layihəsi çərçivəsində təlim keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq bildirib ki, PAKT-ın əsas hədəfləri layihə menecmenti sahəsində bilikləri genişləndirmək, bu sahədə toplanmış qabaqcıl təcrübəni paylaşmaq və Cənubi Qafqaz universitetlərininin aparıcı Avropa universitetləri ilə əməkdaşlığını gücləndirməkdir. Layihədə doqquz Cənubi Qafqaz universiteti iştirak edir. Ölkəmizi bu layihədə iki universitet -BDUvə Xəzər Universiteti təmsil edir.

PAKT proqramının BDU üzrə koordinatoru, dosent Təranə Mahmudovanın verdiyi məlumata görə, hər iki universitet nümayəndələrinin PAKT layihəsi çərçivəsində ikinci təlimidir. İlk təlim cari ilin aprelindəXəzər Universitetində keçirilib. Bundan əlavə, onlayn sessiyaların da keçirilməsi nəzərdə tutulub.

Yaxın gələcəkdə bu cür təlimlərin respublikanın bütün universitetlərinin nümayəndələri üçün keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti