...

ƏƏSMN-nin "142-Çağrı mərkəzi" 50 mindən artıq müraciəti cavablandırıb

Cəmiyyət Materials 2 İyul 2015 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi" tərəfindən 50 min 760 müraciət cavablandırılıb.

Bu müddət ərzində ƏƏSMN-nin "142-Çağrı mərkəzi"nə vətəndaşlar tərəfindən 50760 müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 21012-i (41,4%) sosial təminat, 12697-i (25,1%) əmək qanunvericiliyi, 7353-ü (14,5%) nazirliyin elektron xidmətlərindən istifadə, 5469-u (10,7%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 4229-u (8,3%) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.

Daxil olan müraciətlərin 47171-də (92,9%) qeyd olunan sahələrlə bağlı vətəndaşların sorğuları ifadə olunub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara ƏƏSMN-nin mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib.

Qalan 3589-da (7,7%) əmək və sosial təminat hüquqlarının araşdırılaraq müəyyən edilməsi məsələləri, müvafiq fəaliyyət sahələrinə dair təklif və şikayətlər əksini tapıb və onlar araşdırılaraq tədbir görülməsi üçün müraciət vərəqəsi tərtib olunmaqla aidiyyəti struktur bölmələrinə göndərilib.

142-"Çağrı mərkəzi" tərəfindən həftənin bütün iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların müraciətləri cavablandırılır.

Vətəndaşlar 142 nömrəsinə zəng etdikdə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə -4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün- 5 düyməsini basmalı olduğu avtomatik şəkildə onların diqqətinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti