...

Milli QHT Forumu "Chatham House"un tədbiri ilə bağlı bəyanat verib (FOTO)

Cəmiyyət Materials 4 İyul 2015 16:16
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin növbəti iclası keçirilib.
Milli QHT Forumu "Chatham House"un tədbiri ilə bağlı bəyanat verib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin növbəti iclası keçirilib.

Forumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarə Heyətinin sədr müavini Umud Rəhimoğlu iclası açıq elan edərək gündəlikdə duran məsələlər haqqında iştirakçılara qısa məlumat verib. Sonra iki yeni təşkilatın - "Güclü Azərbaycan" İB və "MƏRAM" Sosial-iqtisadi və fərdi təşəbbüslər " İB-nin MQF-yə üzv qəbul edilməsi idarə heyətinin üzvləri tərəfindən müzakirə olunub və səs çoxluğu ilə lehinə qərar qəbul olunub. Beləliklə, MQF-nin üzvlərinin sayı 658-ə çatıb.

Daha sonra Bakı-2015 I Avropa Oyunlarının yekunu müzakirə olundu və İH-nin üzvləri Avropa Oyunlarının Azərbaycanın tarixində çox möhtəşəm hadisə olduğunu qeyd etdilər. Forumun prezidenti Rauf Zeyni Bakı-2015 I Avropa Oyunlarında qazanılmış qələbələrlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təbrik məktubu ünvanladığını İH-nin diqqətinə çatdırıb.

İclasda, həmçinin Milli Mətbuatın 140 illik yubileyi barədə müzakirələr aparıldı və QHT-lərlə mütəmadi olaraq işləyən media nümayəndələrinin mükafatlandırılması ilə bağlı müvafiq tədbirin keçirilməsi qərara alındı.

İclasda sıralarında 658 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu adından Azərbaycanın işğal olunmuş ərazilərdə yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə gözlənilən iştirakı ilə əlaqədar etiraz bəyanatı qəbul edilib.

Bəyanatda deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərdə yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən hər hansı bir şəxsin Böyük Britaniya rəsmiləri tərəfindən qəbul olunması və onun bu mövqedən çıxışına şərait yaradılması, Azərbaycan və Böyük Britaniya dövlətləri arasında dostluq və strateji münasibətlərin inkişafına kölgə salmaqla yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldilmiş addım olaraq dəyərləndirilir.

Qeyd olunur ki, Azərbaycan torpaqlarının işğal olunması və iyirmi ildən artıq müddətdir ki, BMT-nin qətnamələrinin icra olunmaması, bir milyondan çox qaçqın və məcburi köçkünün öz dədə-baba yurdlarına qayıda bilməməsi və bunun Azərbaycanın beynəlxalq hüquqlarının pozulması demək olduğu BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Böyük Britaniyaya hamıdan daha çox məlumdur: "Sıralarında 658 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq Azərbaycanın işğal olunmuş ərazilərdə yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfərini və "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirakına etiraz edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti