...

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq

Cəmiyyət Materials 8 İyul 2015 10:37 (UTC +04:00)
Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.
Ramazan bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 2014-cü il noyabrın 21-də "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edilib.

Qərara əsasən, 17 və 18 iyul tarixləri Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. İyulun 18-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən müəssisələrdə iyulun 20-si - bazar ertəsi günü də qeyri-iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti