...

Magistral boru kəmərində baş verən qəza səbəbindən Bakıya su qrafik üzrə veriləcək

Cəmiyyət Materials 11 İyul 2015 14:12 (UTC +04:00)
Diametri 1200 millimetr olan Kür-Bakı magistral boru kəmərində baş vermiş qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal və Binəqədi rayonlarının bəzi hissələrinə su qrafik üzrə məhdudiyyətlə veriləcək.
Magistral boru kəmərində baş verən qəza səbəbindən Bakıya su qrafik üzrə veriləcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Maksim Tsurkov/

Diametri 1200 millimetr olan Kür-Bakı magistral boru kəmərində baş vermiş qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal və Binəqədi rayonlarının bəzi hissələrinə su qrafik üzrə məhdudiyyətlə veriləcək.

Bunu Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə əsasən, dünən gecə saatlarında baş vermiş qəzanın aradan qaldırılması üzrə işlər sutkada 24 saat aparılır: "Qəza yerində zədələnmiş borular tam əvəzlənir, buna görə də fəsadların aradan qaldırılmasına bir qədər artıq vaxt lazım olacaq. Buna baxmayaraq, Bakıda su məhdudiyyətlərlə də olsa veriləcək. Mənzilləri hansı mərtəbədə yerləşməsindən asılı olmayaraq, paytaxt sakinlərinin su ilə bağlı problemlərinin olmaması üçün Bakıdakı bütün 800 su anbarı su ilə tam doldurulur".

Qəzayadak suyun verilmə səviyyəsi saniyədə 17 kubmetr idisə, hazırda bu, 15 kubmetr səviyyəsində həyata keçirilir.

A. Cəbrayıllı qeyd edib ki, bu çatışmazlığı (suyun fasiləsiz verilişi üçün çatışmayan 2 kubmetr) həyətyanı sahələr və bostanların sulanması üçün istifadə edilən suya qənaət etməklə qarşılamaq olar.

"Azərsu" ASC bağ evləri və fərdi yaşayış evlərinin sakinlərindən suya maksimum qənaət etməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti