...

Azərbaycanda oxuyan əcnəbi tələbələr London Universitetinin də diplomunu alacaqlar

Cəmiyyət Materials 16 İyul 2015 17:41
Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçəcək əcnəbi tələbələr UNEC ilə London Universitetinin (University of London) ikili diplom proqramına qoşulmaq imkanı qazanacaqlar.
Azərbaycanda oxuyan əcnəbi tələbələr London Universitetinin də diplomunu alacaqlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçəcək əcnəbi tələbələr UNEC ilə London Universitetinin (University of London) ikili diplom proqramına qoşulmaq imkanı qazanacaqlar.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla da xarici tələbələr UNEC-lə bərabər London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər.

Proqramda iştirak edəcək əcnəbi tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaq və nüfuzlu təhsil ocağının tədris resurslarından istifadə edə biləcəklər. Tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin (London School of Economics) Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində iştirak etmək şansı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti