...

Sabah Azərbaycanın bəzi ərazilərində leysan yağacaq

Cəmiyyət Materials 17 İyul 2015 13:00
Sabah Azərbaycanın bəzi ərazilərində leysan yağacaq.
Sabah Azərbaycanın bəzi ərazilərində leysan yağacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xaraketli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti