...

“Solaxay” filmi 30 iyuldan “28 Cinema”da

Cəmiyyət Materials 23 İyul 2015 13:12 (UTC +04:00)
Premium kinoteatr “28 Cinema” iyul ayının 30-dan etibarən Ceyk Cillenholun (“Olimpin süqutu”, “Böyük bərabərləşdirici”, “Məşq günü”) və Reyçel Makadams (“Şerlok Holms”, “Gələcəkdən oğlan”, “Parisdə gecə yarısı”) iştirakı ilə döyüş və dram janrında çəkilmiş “Solaxay” filminin nümayişlərinə başlayır.
“Solaxay” filmi 30 iyuldan “28 Cinema”da

Azərbaycan, Bakı, 23 iyul /Trend/

"Taleyinə qalib gəl"

Premium kinoteatr "28 Cinema" iyul ayının 30-dan etibarən Ceyk Cillenholun ("Olimpin süqutu", "Böyük bərabərləşdirici", "Məşq günü") və Reyçel Makadams ("Şerlok Holms", "Gələcəkdən oğlan", "Parisdə gecə yarısı") iştirakı ilə döyüş və dram janrında çəkilmiş "Solaxay" filminin nümayişlərinə başlayır.

Boksçu Billi Houlda hər şey yaxşı idi: çempion adı, gözəl həyat yoldaşı və sevimli qızı. Lakin xoşbəxtlik ondan üz döndərir: faciəvi şəkildə həyat yoldaşı vəfat edir, rinqdən kənarlaşdırılma, sıfır gəlir, məhkəmə valideyn hüquqlarında məhrum edir.... Houl çempion adını və qızını geri qaytarmalıdır. Houlun qalib gəlmək şansı varmı? Hər şeyi onun məhşur solaxay zərbəsi həll edəcək....

Məhşur rep ifaçısı Eminemin "Phenomenal" musiqisi isə "Solaxay" filminin rəsmi saundtreki seçilib. Musiqinin klipinə isə artıq 3 milyonda artıq izləyici internedə baxıb.

Kinotənqidçilər artıq filmi "Ən yaxşı döyüş filmi" kateqoriyasına aid ediblər və "Filmi bu yay izləmək vacibdir kimi" qeyd edirlər.

"Solaxay" filminin biletlərini artıq kinoteatrın kassalarında almaq olar, həmçinin, kinoteatrın www.28cinema.az rəsmi saytında onlayn olaraq əldə etmək və seansların cari cədvəli tanış olmaq mümkündür və ya 012 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla dəqiqləşdirmək olar.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti